Ukrayna Rusiyanın desant gəmisini vurub

Ukrayna Krımın Feodosiya limanında Rusiyanın “Novoçerkassk” desant gəmisini vurub.

UNIAN-ın məlumatına görə, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri Mikola Oleşçuk “Telegram” hesabındakı paylaşımında bildirib.

“Rusiyanın donanması getdikcə kiçilir. Bu dəfə böyük desant gəmisi “Novoçerkassk” Rusiyanın Qara dəniz donanmasının flaqmanı, “Moskva” kreyserinin ardınca getdi”, – Oleşçuk yazıb.

Oleşçuk Hərbi Hava Qüvvələrinin pilotlarına zərbəyə görə təşəkkür edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.