“Ukrayna üzrə təxminən on sülh planı var”- İsveçrə XİN başçısı

“Ukrayna üzrə təxminən on sülh planı var, onlardan altı və ya yeddisi açıqdır, qalanları isə hələ də məxfidir”.

Azpost.info xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnazio Kassis Nyu-Yorkda jurnalistlərə bildirib.

“Ümumilikdə təxminən on sülh planı var. Biz, əlbəttə ki, Zelenskinin 10 bəndlik sülh planından danışırıq, amma əslində açıq olan altı-yeddi plan var, digərləri isə hələ də məxfidir”, – o deyib.

Kassis əlavə edib ki, İsveçrənin təşkil etmək istədiyi Ukrayna üzrə sülh konfransının məqsədi bütün bu fikirləri təqdim və təhlil etmək, addım-addım sülhə gəlmək üçün ortaq məxrəclər tapmaq imkanı yaratmaqdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.