Rusiyanın Ukraynada başlatdığı müharibə zamanı azı 1 milyon insan ölüb və yaralanıb.
Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşrin məlumatına görə, ölənlərin sayı 300 minə yaxınlaşır.
“Münaqişənin hər iki tərəfi döyüşlərdə itkilər barədə rəsmi məlumat vermir. Bu ilin əvvəlində Ukraynanın hesablamalarına görə, 80 minə yaxın hərbçi həlak olub, 400 min nəfər isə yaralanıb. Qərb kəşfiyyat xidmətlərinin verdiyi bilgiyə görə, Rusiya tərəfində itkilərlə bağlı rəqəmlər yarım milyonu ötüb; bəzilərinə görə, ölənlərin sayı 200 minə yaxın, yaralananlar isə 400 minə yaxın ola bilər”, – nəşr qeyd edir.
“Rosstat”ın məlumatına görə, 2024-cü ilin əvvəlində Rusiyanın əhalisi 146,15 milyon nəfər idi. 2023-cü ildə say 300 min nəfər, bir il əvvəl isə 533 min nəfər azalıb.
Hökumət və yerli demoqrafların hesablamalarına görə, 2022-ci ilin əvvəlində, Rusiya işğalından əvvəl Ukrayna əhalisi 40 milyon idi. BMT-nin məlumatına görə, müharibə başlayandan bəri 6 milyondan çox qaçqın ölkəni tərk edib. Dörd rayon qismən rus qoşunları tərəfindən işğal olunub.
Azpost.info