Ukraynadakı Patriot raketləri bir neçə həftəyə tükənəcək

Vaşinqtondan yeni yardım olmasa, Ukraynadakı Patriot raketlərinin tədarükü bir neçə həftəyə tükənə bilər.

APA xəbər verir ki, bu barədə CNN telekanalı Ukrayna rəsmisinə istinadən məlumat yayıb.

 

Telekanal qeyd edir ki, Ukrayna ordusunu hazırda Patriot sistemlərini əvəz edə biləcək alternativi yoxdur.

CNN onu qeyd edib ki, Kiyevin arsenalında sözügedən zenit sistemləri üçün dəqiq neçə raket qaldığı hələ də məlum deyil.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.