Ukraynanın istilik elektrik stansiyaları öz gücünün 90 faizini itirib

Rusiyanın raket zərbələri nəticəsində Ukraynanın istilik elektrik stansiyaları öz gücünün 90%-ni itirib.

Azpost.info bildirir ki, bu barədə Ali Radanın “Batkivşina” partiyasından olan deputatı, ölkənin keçmiş mənzil-kommunal təsərrüfatı naziri Aleksey Kuçerenko bildirib.

“Biz 8 min meqavat elektrik enerjisini itirmişik – bu, çox böyük rəqəmdir. Dünən mən energetiklərlə danışdım – 8 min İES-dən cəmi 800-ü işləyir “-deyə Kuçerenko “Vışka” YouTube layihəsində vurğulayıb.

Onun sözlərinə görə, ölkədə elektrik enerjisi istehlakına qoyulan məhdudiyyətlər uzun müddət davam edəcək. Yaxın gələcəkdə vəziyyət kökündən dəyişməyəcək, çünki mütəxəssislər stansiyaları tez təmir edə bilməyəcəklər.

O, həmçinin hesab edir ki, Aİ ölkələrindən elektrik enerjisi idxalının həcminin artırılması Ukraynaya kəsirdən yayınmağa kömək etməyəcək.

Rusiya yazın əvvəlində Ukraynanın enerji strukturuna raket hücumlarını bərpa edib. Kütləvi partlayış zamanı Dnepr Su Elektrik Stansiyası, Kiyev vilayətində Tripilska İES, İvano-Frankovsk vilayətində Burştinska İES, Vinnitsa vilayətində Ladıjinska İES, Xarkov vilayətində Zmiivska İES və s. atəşə tutulub.

Ukraynanın energetika naziri German Qaluşenko Rusiyanın ölkənin enerji sektoruna vurduğu ziyanı “böyük” adlandırıb. “Hətta 2022 və 2023-cü illərlə müqayisədə bu, daha böyükdür”, – Qaluşenko mayın əvvəlində qeyd edib. Onun sözlərinə görə, Ukrayna qışda istehsal etdiyi 18 QVt-dan 8 QVt-a qədər enerji itirib.

Ukraynanın baş naziri Denis Şmıqal mayın əvvəlində ölkədə ümumilikdə 800-dən çox istilik təchizatı obyektinin dağıdıldığını və ya zədələndiyini, onların bərpası üçün təxminən 1 milyard dollara yaxın böyük məbləğ tələb olunduğunu bildirib.

Mayın 20-dən Ukraynada elektrik enerjisinin saatlıq kəsilməsi qrafiki tətbiq edilib. Məişət istehlakçıları və sənaye müəssisələri saat 18:00-dan 24:00-dək qrafik üzrə elektrik enerjisi veriləcək.

Əvvəlki məqalə

İranın hakimiyyət qolları Rəisinin vəzifəsini icra edənlə əməkdaşlığa hazırdır

Sonrakı məqalə

ABŞ Rəisinin öldüyü qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqlayıb