Ukraynanın sabiq prezidenti Yanukoviç Belarusa gəlib –Putin də Minskdədir

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin təyyarəsi Belarusa gəlib.

Azpost.info bildirir ki, bu barədə “Belarus Qayun” monitorinq layihəsi məlumat yayıb.

“Viktor Yanukoviçin Dassault Falcon 900C (RA-09617) təyyarəsi Qomel hava limanına enib. Yanukoviç sonuncu dəfə 2022-ci ilin martında Belarusda olub”, – mənbə yazır.

Xatırladaq ki, Rusiya prezidenti Putin Belarusda səfərdədir.

Əvvəlki məqalə

Yazıçı Cintula Slovakiya baş nazirini nə üçün güllələdiyini açıqlayıb

Sonrakı məqalə

Rusiya Yaponiya ilə nüvə silahına dair müqaviləni ləğv edib