Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin təyyarəsi Belarusa gəlib.
Azpost.info bildirir ki, bu barədə “Belarus Qayun” monitorinq layihəsi məlumat yayıb.
“Viktor Yanukoviçin Dassault Falcon 900C (RA-09617) təyyarəsi Qomel hava limanına enib. Yanukoviç sonuncu dəfə 2022-ci ilin martında Belarusda olub”, – mənbə yazır.
Xatırladaq ki, Rusiya prezidenti Putin Belarusda səfərdədir.