Ukraynaya hava zərbələri buğda qiymətlərini “vurdu”- 5 faiz bahalaşdı

Ukraynadan Qara dəniz vasitəsilə ixracın dayandırılması səbəbindən buğda təxminən 5 faiz bahalaşıb.

Azpost.info xəbər verir ki, dekabr ayı üçün buğda fyuçersləri 4,8 faizdən çox artaraq buşel üçün 9,23 dollar olub.

Bunu Çikaqo Ticarət Birjasının məlumatları göstərir. İlin əvvəlindən buğdanın qiyməti 19, son 12 ayda isə 25 faizdən çox bahalaşıb.

Buğdanın bahalaşması bu gün Rusiya ordusunun Kiyev və Ukraynanın digər iri şəhərlərindəki hədəflərə hücumu ilə bağlı geosiyasi gərginliyin artması fonunda müşahidə edilib.

“Gərginliyin artmasının Qara dəniz vasitəsilə Ukraynanın taxıl ixracı üçün yeni təhlükəyə çevriləcəyindən ehtiyat edilir”, – “Bloomberg” yazır.

Agentlik qeyd edir ki, münaqişənin kəskinləşməsi Ukraynadan taxıl ixracına dair sazişin uzadılması imkanlarını şübhə altına alır. Sazişin müddəti təxminən bir aya başa çatır.

“Qara dəniz hövzəsində gərginliyin artması riski səbəbindən həftənin əvvəli çox gərgin ola bilər”, – Fransanın “Agritel” konsaltinq şirkəti bildirib.

Azpost.info

Əvvəlki məqalə

DTX-nin saxladığı gömrük generallarının həbs müddəti uzadıldı

Sonrakı məqalə

Beynəlxalq Qızıl Xaç Komitəsi Ukraynada fəaliyyətini dayandırdı