“Ukraynaya silah tədarükünün müharibəni uzatdığını deyənlər Putinin əlinə oynayır”- BERBOK

“Qərb ölkələri Ukrayna və Rusiya arasında aparılan danışıqlara müdaxilə etmir”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

“Qərb iki ildir ki, Ukraynada sülhün bərqərar olması üçün fəal işləyir. Hər kim deyir ki, silah tədarükü müharibəni uzadır, Putinin əlinə oynayır. Çünki Qərbin Ukraynanı danışıqlardan kənarda saxladığını deyənlər yalan danışır”, – o deyib.

O, 2022-ci ilin yazında İstanbul danışıqlarını xatırladıb. Bu danışıqlarda Rusiyanın qoşunlarını geri çəkməsi üçün Ukrayna güzəştə getməyə hazır idi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.