“Qərb ölkələrinin iştirakı ilə Rusiyaya zərbələr endirilməsi onların Rusiyaya qarşı birbaşa müharibəsi deməkdir”.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin Peterburq Beynəlxalq Forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.
O qeyd edib ki, Moskva buna reaksiya verəcək.
Putin ölkəsinin nüvə doktrinasına istinad edərək vurğulayıb ki, Rusiya təhdidlər baş verəcəyi təqdirdə, əlində olan bütün vasitələrdən istifadə etməyi mümkün hesab edir. Rusiya lideri qeyd edib ki, öz uzaqmənzilli silahları ilə Ukraynaya silah verən ölkələrə həssas zərbələr endirəcək.