“Ukraynaya yardımı davam etdirmək imkandan daha çox siyasi iradə məsələsidir”- Aİ yetkilisi

“Ukraynaya kömək etmək üçün üzərimizdə böyük məsuliyyət var və onun xeyrinə mümkün olan hər şeyi etməliyik”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.

Borrel qeyd edib ki, Aİ müstəqil şəkildə Kiyevə dəstək verə bilər.

“Ukraynaya yardımımızı davam etdirmək imkandan daha çox siyasi iradə məsələsidir. Hərçənd Birləşmiş Ştatlar bizim üçün əlçatmaz olan texnoloji və kəşfiyyat imkanlarına malikdir”, – Borrel bildirib.

Azpost.info

Əvvəlki məqalə

Bu gün Almaniya derbisi keçiriləcək

Sonrakı məqalə

Bakıda sabah gündüzdən dekabrın 2-si səhərədək yağış yağacaq