Ürək üçün faydalı olan səhər yeməyi hansıdır? –Həkim rəyi

Dietoloq ürək üçün ən sağlam səhər yeməyini açıqlayıb.

Azpost.info “Huffpost” portalına istinadən bildirir ki, bu barədə amerikalı dietoloq Lon Ben-Asher danışıb.

Onun sözlərinə görə, ilk qida qəbulu üçün düzgün yeməkləri seçmək lazımdır.

Dietoloq bildirib ki, yaxşı səhər yeməyi ürəyi effektiv şəkildə gücləndirir. Mütəxəssisin fikrincə səhər saatlarında tərkibində lifli və omeqa-3 olan, həmçinin xolesterolu idarə edən maddələr olan qidalardan istifadə etmək məsləhətdir.

Dietoloqun fikrincə, ürək üçün ən faydalı səhər yeməyi qızılbalıq və avokado, eləcə də bir dilim tam taxıl çörəyi və ya yoqurt, yumurta ağı və ispanaqlı yulaf əzməsidir.

Mütəxəssislərin fikrincə, səhər yeməyində bekon və kolbasa yemək olmaz. Bu qidalar çox duz və doymuş yağ ehtiva etdiyi üçün onlardan uzaq durmaq lazımdır.

Əvvəlki məqalə

Çin rəhbəri Orbanla görüşüb, Ukraynanı müzakirə edib

Sonrakı məqalə

İsti hava insanları kütləşdirir, ağlı başdan alır, cinayətə meyllilik yaradır –