Armavirdə (Krasnodar) yerləşən “Voronej-DM” RLS Ukrayna dronlarının hücumuna məruz qalıb.
Azpost.info bildirir ki, RLS binası zədələnib.
“Voronej-DM” Rusiyanın uzaq mənzilli stasionar radar stansiyaları ailəsinin tərkib hissəsidir. Kosmik və aerodinamik obyektləri, ballistik və qanadlı raketləri aşkarlamaq üçün nəzərdə tutulub.
Stansiya üfüqi olaraq 6000 km-ə qədər, şaquli olaraq 8000 km-ə qədər (kosmosa yaxın) məkanı nəzarətdə saxlamağa imkan verir və eyni anda 500-ə qədər obyekti izləyə bilir. RLS strateji səviyyəli sistem sayılır.