Uşaq muzeydə milyon dollarlıq rəsm əsərini zədələyib

Rəssam Mark Rotkonun dəyəri on milyonlarla dollar olan nəhəng rəsm əsəri uşaq tərəfindən zədələnib. Bu səbəbdən Niderland muzeyində nümayişdən çıxarılıb.

Azpost CNN-ə istinadən bildirir ki, portret Rotterdam qalereyasını ziyarət edən bir uşaq tərəfindən cızılılıb. Bərpaçılar “Boz, Maroonda Narıncı, №8” rəsm əsərini təmir etməli olacaqlar.

1960-cı il abstrakt mövzuda olan rəsm əsəri Rotterdamdakı Boijmans Van Beuningen Muzeyinin əsas eksponatı idi. Muzey hazırda əsaslı təmirə bağlı olduğundan müvəqqəti olaraq Boijmans Van Beuningen deposunda nümayiş olunur.

Muzey CNN-ə göndərdiyi açıqlamada hadisəni təsdiqləyib. Orada deyilir: “Mark Rotkonun “Boz, Narıncı rəngdə Maroon, No. 8” tablosu ictimai nümayişdə olarkən bir uşağın rəsmə toxunmasından sonra səthi zədələnib. Nəticədə rəsmin altındakı lak ilə örtülməyən boya qatında kiçik cızıqlar görünür.

Rəsm üzərində konservasiya işləri Hollandiyada və xaricdə aparılıb. Hal-hazırda rəsmin bərpası üçün növbəti addımları araşdırırıq. Əsərin gələcəkdə yenidən nümayiş oluna biləcəyini gözləyirik”.

Muzey rəsmin nə qədər dəyərində olduğunu, dəymiş ziyanı aradan qaldırmaq üçün nə qədər xərc çəkə biləcəyini və ya hesabı kimin ödəyəcəyini söyləməkdən imtina edib.

Muzey öz saytında rəsmin dəyəri ilə bağlı suala, əsərin 1970-ci illərdə açıqlanmayan bir məbləğə alındığını qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.