Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Uşaqlarda yuxu çatışmazlığı ailə və yaşıdlarla münasibətə mənfi təsir göstərə bilər

Orkhan Ali 26 İyun 2025 - 18:03 (Last updated: 26 İyun 2025 - 17:49)
00001.00_07_14_12.Still003
“Yuxu, uşağın inkişafının əsas elementidir. Kifayət qədər yatmamaq, uşağın sağlamlığına, ailə, yaşıdlar və müəllimlərlə münasibətlərinə, gündəlik fəaliyyətlərinə və davranışlarına təsir edir”.
Qaynarinfo “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis Dr. Pelin Aytaç Uras deyib.
Həkim erkən uşaqlıq dövründə beynin əsas fəaliyyətinin yuxu olduğunu bildirib. O, körpəlik dövründə yuxu problemləri haqqında məlumat verib. Pelin Aytaç Uras qeyd edib ki, uşaqların yuxusunun böyük hissəsi REM (sürətli göz hərəkəti) yuxusundan ibarətdir:
“REM və Non-REM (sürətli göz hərəkəti olmayan) yuxuları gecə boyunca dövri olaraq bir-birini əvəz edir. Bu dövr körpəlikdə 50-60 dəqiqə davam etdiyi halda, uşaqlıq və yetkinlik dövründə 90 dəqiqəyə qədər uzanır”.
Uşaqlarda sağlam yuxu vərdişlərinin formalaşmasının vacibliyinə toxunan mütəxəssis qeud edib:
“Körpə və uşaqlar üçün yuxu rejimi formalaşdırılmalı və bu rejim sevgi ilə tətbiq olunmalıdır. Yatmaq vaxtı valideynlə uşaq arasında münaqişəyə səbəb olmamalıdır”.
Dr. Uras uşaqların hər gün açıq havada idmanla məşğul olmasının yuxu rejiminə müsbət təsir etdiyini vurğulasa da, yatmazdan əvvəlki 2-3 saat ərzində ağır fiziki məşqlərdən çəkinməyin vacibliyini bildirib:
“Uşaq otaqlarında zəif işıq verən gecə lampaları istifadə edilə bilər, lakin televizor olmamalıdır. Körpənizi ilk yuxu əlamətləri görünən kimi yatağına yerləşdirin. Ən ideal yanaşma, uşağın rahatlaşaraq təbii şəkildə yuxuya keçməsinə şərait yaratmaqdır. Bundan əlavə, yatarkən uşağın sevimli oyuncağını və ya ona aid xüsusi bir əşyanı yanında saxlamağına icazə vermək, yuxuya getməsini asanlaşdıra bilər”.
Uşaqların rahat yatması üçün otaq temperaturunun tənzimlənməsinin və pambıq parçadan hazırlanmış geyimlər geyinmələrinin vacib olduğunu bildirən Dr. Uras yuxuya getməkdə çətinlik və gecə tez-tez oyanma hallarının uşaqlarda geniş yayıldığını vurğulayıb:
“Yatağa özbaşına yerləşmək və yuxuya getmək uşaqların öyrəndiyi davranışlardır. Əgər uşaq yuxuya getmək üçün anasının köməyinə və ya müəyyən bir vərdişə (məsələn, oyuncaqlarla oynamaq, musiqi dinləmək) öyrəşibsə, gecə yuxusu zamanı təbii oyanmalar zamanı da həmin şəraiti tələb edəcək. Belə hallarda, valideynlər uşağın yuxuya yenidən keçməsinə kömək etməlidirlər”.
Yuxunun uşaqların həm fiziki, həm də psixoloji sağlamlığı üçün son dərəcə vacib olduğunu vurğulayan Dr. Uras, yuxu problemləri ilə üzləşən valideynlərin pediatr həkimə müraciət etməli olduqlarını bildirib.

AzPost.az

Post navigation

Previous: Hansı məşhur şəhərlərin küçələrində ən çox evsiz var?
Next: Sürətli doldurma smartfonunuzun batareyasını “öldürürmü”? –

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.