Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • ÖZƏL

Uşaqlıqda yaşanan stress böyüyəndə ciddi xəstəliklərə yol açır

User 26 Sentyabr 2025 - 15:44 (Last updated: 26 Sentyabr 2025 - 15:44)
stress tukenmek

ABŞ alimlərinin apardığı uzunmüddətli araşdırma uşaqlıq dövründə yaşanan psixoloji gərginliyin insan sağlamlığına ömürlük təsir göstərdiyini ortaya qoyub.

AzPost xəbər verir ki, tədqiqat nəticələri stressin yalnız psixoloji deyil, həm də ciddi fizioloji dəyişikliklərə səbəb olduğunu sübut edib.

Alimlər qeyd ediblər ki, uşaqlıqda toplanan stress orqanizmdə “allostatik yük” adlanan kumulyativ aşınmaya gətirib çıxarır. Bu proses isə illər sonra ürək-damar sistemi və metabolik xəstəliklərin inkişafına şərait yaradır.

Araşdırma ABŞ-da 1992-ci ildən davam edən və “Great Smoky Mountains” layihəsi çərçivəsində aparılıb. Mütəxəssislər 9–11 yaş arası uşaqlarda stress səviyyəsini ölçərək, onların onilliklər sonra sağlamlıq göstəricilərini təhlil ediblər. Nəticədə yüksək stress yükü ilə böyüyən şəxslərdə qan təzyiqi, bədən kütlə indeksi və immun sistemində problemlərin daha çox rast gəlindiyi müəyyən edilib.

Tədqiqatın müəlliflərindən biri, professor Herman Pontzer bildirib ki, hələ 1980-ci illərdən alimlər stressin fiziologiyaya təsirini izah etməyə çalışırdı, lakin indi bunu sübut edən etibarlı biomarker göstəricilər mövcuddur. Digər alim Yelena Xints isə uşaqlıq mühitindəki sosial və psixoloji çətinliklərin onun elmi maraqlarını formalaşdırdığını vurğulayıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, xroniki stress zamanı orqanizm davamlı olaraq “döyüş və ya qaç” vəziyyətində qalır. Bu isə uzun müddətdə ürək xəstəlikləri, şəkərli diabet və digər ciddi problemlərin yaranmasına zəmin yaradır.

AzPost.az

Post navigation

Previous: “Rusiyanın hücum qruplaşmasının sayı 712 min nəfərdir” –
Next: TikTok-un Amerika versiyası yaradılır –

Oxşar xəbərlər

turk issrail bayraq
  • ÖZƏL

İsrailin “erməni soyqırımı” qərarı Azərbaycan və Türkiyə üçün nə deməkdir?

User 28 İyun 2026 - 18:28
2
  • Aktual
  • ÖZƏL

Türkiyə–Ermənistan sərhədi 32 ildən sonra açılır?

Orkhan Ali 29 Dekabr 2025 - 11:50
Cardboard-Box-300x200
  • Aktual
  • ÖZƏL

Məişət texnikasının qaytarılması zamanı nəyi bilməliyik?

Orkhan Ali 24 Noyabr 2025 - 10:40

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.