ÜST pandemiyaya görə dünya üzrə fövqəladə vəziyyət rejimini üç ay uzatdı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus epidemiyasının uzun müddət davam edəcəyini bildirib.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə şənbə günü ÜST-ün Fövqəladə Komissiyanın iclasında qeyd edilib. İclasda ÜST nümayəndələri və onların tərəfdaşları koronavirusla bağlı məhdudiyyətlərin - xüsusi rejimin saxlanılması qənaətinə gəliblər. Bu baxımdan təşkilat tərəfindən fövqəladə vəziyyət rejimi üç ay uzadılıb.
Həmçinin iclasda iştirak edən ekspertlər koronavirusla mübarizədə göstərdikləri səylərə görə ÜST-ə və tərəfdaşlarına minnətdarlıqlarını ifadə ediblər.
Fövqəladə komissiya pandemiyanın qarşısının alınması üçün mütləq şəkildə səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda gəncləri xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bütün mümkün vasitələrdən istifadə etməyə çağırıblar.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...