ÜST rəsmisi:"Biz hələ də fırtınanın ortasındayıq"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyə, Ukrayna, Belarus, Böyük Britaniya və Rusiyada koronavirusa yoluxma hallarının artdığını, qarşıdan gələn həftələrin infeksiyanın yayılması baxımından həlledici olacağını bildirib.

“Report” “dw”yə istinadən xəbər verir ki, bu barədə ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge keçirdiyi mətbuat konfransında məlumat verib.

O, bəzi bölgələrdə yoluxma hallarının azaldığını, bəzilərində isə hələ də yüksəldiyini vurğulayıb.

H.Kluge koronovirusla mübarizədə hələ də qələbə əldə edilmədiyini vurğulayıb: “Xətaya yol verməyin. Yaz havasına baxmayaraq, biz hələ də fırtınanın ortasındayıq”.

ÜST rəsmisi normal həyata dönüləcək vaxtın məlum olmadığını da qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanın azərbaycanlı din xadimi DTX-yə çağırıldı

Sonrakı məqalə

Qaxda 17 ədəd subartezian quyusunun qazılması məqsədilə 1,19 milyon manat ayrılıb