Üstünlük hüququ tətbiq edilən orta məktəblərə sərbəst qəbul başlayır

Bu gündən uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, iyunun 3-ü saat 11:00-da uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Qeyd edilən ümumi təhsil müəssisələrinin siyahısı “mektebeqebul.edu.az” saytında təqdim olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.