Üzərinə benzin atılaraq yandırılan şəxslərin vəziyyəti necədir?- TƏBİB-dən açıqlama

29.06.2024-cü il tarixdə 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

“Hər iki pasiyentə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır qiymətləndirilən şəxslərin hər biri daha ixtisaslı tibbi xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub”, – deyə əlavə edilib.

Qeyd edək ki, iyunun 29-da gecə saat 1 radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb.

Hadisə nəticəsində Muraz Namazov, tanışları, 1993-cü il təvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Əvvəlki məqalə

4 saylı doğum evinin “şirinlik” istəyən ginekoloqu işdən çıxırılıb

Sonrakı məqalə

Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb