“Üzr videosu”nun Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur” –AÇIQLAMA

Sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur. Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır. Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, – məlumatda deyilir.

Xatırladaq ki, Sənan Əhmədov iki gün əvvəl verdiyi açıqlamada şəhid qardaşı Səbuhi Əhmədovdan “Komando” xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını iddia edib. O, qardaşının həmin pulu bankdan kreditə götürdüyünü bildirib.

Bundan sonra Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumatda bildirilib ki, Sənan Əhmədovla Nazirlikdə görüş təşkil edilib. Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edilib ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı MN tərəfindən araşdırma aparılır.

Daha sonra isə Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsi ilə bağlı yeni açıqlama verib. Şəhid qardaşı sosial şəbəkələrdə yayılan videodakı çıxışında sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib.

Əvvəlki məqalə

“Azərbaycan-Ermənistan sərhədindəki insidentinin Qarabağa heç bir aidiyyəti yoxdur”

Sonrakı məqalə

“Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik” –