“Vətəndaşlar məntəqələrdə baş verən hadisələrlə bağlı DSK-lara müraciət etsinlər” –

Məzahir Pənahov
24 Dekabr 2019 - 19:10

“Biz dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan və sosial şəbəkələrdə paylaşılan görüntüləri araşdıracağıq”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, həmin müraciət və görüntülərlə bağlı Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul ediləcək.

“Biz vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər” -deyə  MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, MSK tərəfindən dairə seçki komissiyalarına tapşırıqlar veriləcək ki, gecikdirilmədən müraciətə baxsın: “Biz onsuz da məcburuq ki, daxil olan müraciətləri dairə seçki komissiyalarına göndərək. Onun üçün vətəndaşlara müraciət edirik ki,  məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər”.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib ki, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına bu gün 7 müraciət daxil olub. (APA)