Vətəndaşların silahları könüllü şəkildə təhvil verməsi davam edir –Polis təşəkkür edib

Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Xətai RPİ-nin 35-ci PB-nə müraciət edən paytaxt sakinlərindən biri 1986-cı ildə dünyasını dəyişən atasından qalan və bu günə kimi saxladığı 1 ədəd tək lüləli ov tüfəngini könüllü polisə təhvil verib.
Bundan başqa Xətai rayon sakini olan daha bir nəfər polisə məlumat verərək aşkar etdiyi 3 ədəd əl qumbarası, 3 ədəd alışqan, 1 ədəd patron darağı və 82 ədəd müxtəlif növ odlu silaha aid partonları polisə təhvil verib.
Məlumat verən vətəndaşlara qarşı heç bir cəza tədbiri görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün onlara təşəkkür edilib.
Azpost.info
Əvvəlki məqalə

DTX Miqrasiya Xidməti ilə birgə əməliyyat keçirib –

Sonrakı məqalə

Almaniyanın xarici işlər naziri Naxçıvanla sərhədə gəlib