Vətəndaşlıqdan məhrum edilmiş şəxslərin Rusiyada qalmasına icazə veriləcək

Rusiya Daxili İşlər Nazirliyi ölkə vətəndaşlığından məhrum edilmiş şəxslərin ölkədə 15 gündən 90 günə qədər qala biləcəyi yeni qanun layihəsi hazırlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya” məlum sənədə istinadən yazıb.

Qalma müddəti vəziyyətdən asılı olaraq müəyyən ediləcək.

“Qanun layihəsi Rusiya vətəndaşlığına xitam verilmiş şəxslər üçün keçid müddəalarını nəzərdə tutur”, – Rusiya Hüquqşünaslar Assosiasiyasının İdarə Heyətinin sədri Vladimir Qruzdev bildirib.

Sənəd həmçinin Rusiya imperiyasına və ya SSRİ-yə məxsus ərazidə daimi yaşayan qohumları olan şəxslərə yaşayış icazəsinin verilməsinin sadələşdirilmiş formatını təklif edir.

Nəşrin məlumatına görə, düzəlişlər 2023-cü ilin oktyabrında “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə minməsindən sonra qeyri-müəyyən olan vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunu tənzimləmək üçün lazımdır.

Qanun layihəsi vətəndaşlıqdan məhrum edilməyə gətirib çıxaran cinayətlərin siyahısını da genişləndirir. O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 60-dan çox maddəsini, o cümlədən ordunu nüfuzdan salmaq və milli təhlükəsizliyi təhdid edən hərəkətləri əhatə edir.

Azpost.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.