“Vahid Çin” prinsipinə meydan oxuyanlara dərhal cavab veriləcək”- Çin XİN

Çinin ərazi bütövlüyünü təhdid edən və “vahid Çin” prinsipinə meydan oxuyan istənilən hərəkətə dərhal cavab veriləcək.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.

“Vahid Çin” prinsipini pozan və Çinin milli suverenliyini və ərazi bütövlüyünü təhdid edən istənilən hərəkət Çindən dərhal və qətiyyətli cavab alacaq”, – Venbin deyib.

O qeyd edib ki, Çin ABŞ və Tayvan arasında hər hansı formada rəsmi mübadilələrə qəti şəkildə qarşıdır. Həmçinin ABŞ-ın hər hansı formada və hər hansı bəhanə ilə adanın işlərinə müdaxiləsinin əleyhinədir.

Van Venbin xatırladıb ki, “vahid Çin” prinsipinə sadiqlik hər hansı xarici dövlət üçün Çinlə əlaqələrin inkişafı üçün siyasi əsas və ilkin şərtdir.

Azpost.info

Əvvəlki məqalə

Qubad İbadoğlu barədə qəti imkan tədbiri dəyişdirildi –

Sonrakı məqalə

Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb