Vahid Əhmədovun oğlu prokuror vəzifəsindən azad edilib

Qaradağ rayon prokuroru Zəfər Əhmədov vəzifəsindən azad edilib.

Azpost.info bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Zəfər Əhmədov iyul ayının 2-də sərəncama götürülüb.

Qeyd edək ki, Z.Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun oğludur.

Əvvəlki məqalə

ƏHD Partiyası seçkilərdə iştirakla bağlı qərar qəbul edib

Sonrakı məqalə

Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür edib