“Vaksinasiyaya yanvarın 18-dən başlamağa qərar verilib” –

Prezidentin köməkçisi
16 Yanvar 2021 - 11:15

“Koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlamağa qərar verilib”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, bununla bağlı əhaliyə geniş məlumat veriləcək.

“Azərbaycan ən təhlükəsiz və yüksək effektivliyə malik vaksin əldə edib”-deyə Şahmar Mövsümov bildirib.  

Ş. Mövsümov deyib ki, Azərbaycana vaksinlərin ilk partiyası artıq gəlib: “Yanvarın 18-dən vaksinasiyanın 1-ci mərhələsi, fevralın 1-dən vaksinasiyanın 2-ci mərhələsi başlanacaq. İlk olaraq 65 yaşdan yuxarı olanlara vaksin vurulacaq”.

Azərbaycana artıq koronavirus əleyhinə vaksin gətirilib. Ş. Mövsümov qeyd edib ki, hələlik müəyyən miqdarda vaksin gətirilib. O, vaksinlərin mərhələli şəkildə ölkəyə gətiriləcəyini deyib.