Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov uzun müddətdən sonra üzə çıxıb.
Azpost.info bildirir ki, V.Talıbov mərhum Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Naxıvandakı büstünü ziyarət edib.
Ziyarət zamanı oğlu Seymur Talıbov da onunla olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2022-ci ilin dekabrın 21-də vəzifəsindən istefa verib.
O, səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib. Onun vəzifəsindən azad olunması ilə bağlı qərar səsə qoyularaq qəbul olunub.
62 yaşlı Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.
Azpost.info