Vasif Talıbovun qudası vəzifədən azad edilib

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimov vəzifəsindən azad edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Bildirilib ki, onun yerinə təyin olunan Cəlal Mehdiyev artıq kollektivə təqdim edilib.

Qeyd edək ki, Behruz Əzimov Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbovun qayınatasıdır. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. (TNS)

Əvvəlki məqalə

İrandan 112 kq narkotik gətirən 2 narkotacir tutuldu –

Sonrakı məqalə

Magistral su kəmərində qəza olub –