“Vasif Talıbovun yoxluğu işimizə təsir göstərmir” –Naxçıvan Ali Məclisində Sədri əvəz edən Azər Zeynalov

“Hal-hazırda Naxçıvan  Muxtar Respublikası Ali Məclisinin sədrliyinə seçki məsələsi gündəmdə yoxdur. Mən sədrin birinci müavini kimi bu işi aparıram”.

Azpost.info bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalov bu barədə suala cavabında bildirib.

Onun sözlərinə görə, Ali Məclis öz faəliyyətini normal qaydada davam etdirir: “Vasif Talıbovun yoxluğu işimizə hər hansı təsir göstərmir”.

“Vasif Talıbovun Ali Məclislə əlaqəsi varmı” sualına Azər Zeynalov “yox” cavabını verib: “Ali Məclis üzvləri buraya hər gün gəlmir”.  

Əvvəlki məqalə

“Dollardan imtina qaçılmazdır və getdikcə sürətlənəcək”

Sonrakı məqalə

“Rusiya hərbçilərinin Ermənistanda olması sabitlik faktoru deyil”-