“Vaşinqton razılaşması regionu tamamilə dəyişəcək” –Hikmət Hacıyev

Tarixi Vaşinqton razılaşması Cənubi Qafqaz regionunu tamamilə dəyişəcək.

Bunu Qətərdə keçirilən Doha Forumunda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Cənubi Qafqazda son 30 il ərzində münaqişə və müharibənin hökm sürdüyünü söyləyən Hikmət Hacəyev nəhayət, buna son qoyulduğunu qeyd edib: “Mən bunu tez-tez Cənubi Qafqaz üçün “Kemp-Devid sülh modeli” adlandırıram. Əlbəttə, hər bir münaqişə fərqlidir. Hər bir geosiyasi kontekst də fərqlidir. Amma əminəm ki, bu sazişin təsiri də oxşar olacaq”.

Prezidentin köməkçisi Azərbaycanın 30 ildir ki, sülhü gözlədiyini vurğulayıb./APA/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.