Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Orkhan Ali 13 Mart 2025 - 21:22 (Last updated: 21 May 2025 - 20:15)
Screenshot_20250313_204750

Mart ayının 13-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda çıxış edən ARVK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

Sonra iclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını, icbari təlimi, habelə ixtisas imtahanının şifahi müsahibə mərhələsini uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib, onlara vəsiqə təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillik fəaliyyətinə öz arzusu ilə xitam verilməsi və müəyyən müddətdə üzvlük haqqından azad olunması ilə bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

Bundan başqa, “Vəkillər Kollegiyasının “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər Planı” təsdiq edilib, o cümlədən “Vəkillik fəaliyyəti” adlı kitabın müzakirəsi və dərslik kimi təsdiq edilməsi məsələsinə baxılaraq müvafiq qərar qəbul edilib.

Həmçinin iclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin verilməsi ilə bağlı ADA Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin müraciətlərinə baxılıb. Müvafiq maliyyə dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.

Daha sonra iclasda “Hüquq mühafizə orqanları və vəkil peşələri arasında etik məsələlər üzrə əməkdaşlığa dair” İşçi Qrupunun yaradılması və vəkil üzvlərinin təyin edilməsi ilə bağlı Deontologiya Komitəsindən daxil olan müraciətə baxılıb. Rəyasət Heyəti tərəfindən “Hüquq mühafizə orqanları ilə etik davranış qaydaları üzrə əməkdaşlığa dair” və “Məhkəmə orqanları ilə etik davranış qaydaları üzrə əməkdaşlığa dair” İşçi Qruplarının yaradılması qərara alınıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 4 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə isə töhmət verilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Post navigation

Previous: Niyə qadın beyni kişi beynindən daha yavaş qocalır?
Next: Daha bir restoranda ciddi nöqsanlar aşkarlandı

Oxşar xəbərlər

sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23

xƏBƏR

moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Azərbaycanda bir gün ərzində moped və velosiped idarə edən iki gəncin yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirməsi ikitəkərli...
Read more about Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
Noyabrın 1-nə olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.