Vergi Xidməti 4 ay ərzində 5 milyard manat vergi yığıb –68 faizi qeyri- neft sektorunun payıdır

Cari ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5 milyard 35,4 milyon manat vergi daxil olub, proqnoza 150,5 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 55,2 faiz və ya 1 milyard 791,5 milyon manat artıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 430,2 milyon manat olub, proqnoza 133,5 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 860,6 milyon manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 49,7 faiz və ya 1 milyard 139,5 milyon manat artıb.

Regionlar üzrə daxilolmalar 391 milyon manat olmaqla, proqnoz 112,9 faiz icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 23,8 faiz artıb.

Ödənilən vergilərin 68,1 faizi qeyri-neft-qaz sektorunun, 31,9 faizi isə neft-qaz sektorunun payına düşüb.

Əvvəlki məqalə

Baydenin həyat yoldaşı ukraynalı qaçqınlarla görüşüb –

Sonrakı məqalə

Ermənistan müxalifəti İrəvanın mərkəzində yürüşə başlayıb