“Vəsf elə məni, Şair” deyən gözəl “Şəms”-Mərhum Almaz Əsgərovanın doğum günüdür

Vəsf elə məni
Vəsf elə məni
“Bir söz de Nəsimi.. Vəsf elə məni şair”… Bu məşhur replikanı və sarışın Şəmsi yəqin xatırlayırsınız.
Bu gün aktrisa Almaz Əsgərovanın doğum günüdür.
Sağ olsaydı, 76 yaşını qeyd edəcəkdi.
Geniş tamaşaçı kütləsi onu Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi “Nəsimi” filmində Şəms rolundan tanıyır.
Almaz Əsgərova 1949-cu ildə Bakıda anadan olub.
Əvvəl Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunub, sonra təhsilini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsidə davam etdirib.
Moskvada kinorejissorluqda təhsil alan Almaz Əsgərova sonradan kinostudiyada Adil İsgəndərovun aktyorluq kursunu keçib.
Ustadı ona “Sən gözəl aktrisa olacaqsan”, — deyib.
Almaz bir – birinin ardınca maraqlı obrazlar yaradır – “Qanun naminə”də Salamatovun xanımı, “Mən ki, gözəl deyildim”də Elmira, “Ulduzlar sönmür” də Fatimə. Daha sonra “Bir cənub şəhərində”, “Ürək…ürək” filmlərinə çəkilir. Ustadı Adil İsgəndərov onu çəkəcəyi “Vaqif” filmində Xuraman obrazı üçün hazırlayırdı. Ustadın ölümü bu ideyanın həyata keçməsinə mane olur. Həmin illərdə aktrisa “Tacikfilm”də “Rüstəm və Söhrab” filmində baş rola çəkilir. Nəhayət, Almaz həyatın diktəsi ilə kinoda ən yaddaqalan, nə yazıq ki, son obrazına həyat verir – “Nəsimi” filmindəki Şəmsə…Həsən Seyidbəyli Şəms obrazı üçün Almazı sorğu – sualsız dəvət etmişdi.
Almaz Əsgərova  BDU-nun “tarix” fakultəsini bitirib. Rejissor Azər Süleymanovun həyat yoldaşı olub. 1983-ci ildə həyat yoldaşının Moskvada vəfat etməsi Almaz Əsgərovanı sarsıdır. Sənətdən birdəfəlik gedir. Dost-tanışdan, qohum-əqrəbadan, sənətdən ayrılıb özünə qapanır.
“Vəsf elə məni” deyən 38 yaşlı Almaz Əsgərova 1988-ci ilin avqust ayında amansız xəstəlikdən vəfat edib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.