Viləşçay Su Anbarının sabiq rəisi həbsxanada vəfat edib

Sabiq vəzifəli şəxs həbsxanada dünyasını dəyişib.
Ləğv olunmuş “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisi Mahir Arif oğlu Əliyev həbsxanada 66 yaşında vəfat edib.
Qeyd edək ki, M.Əliyev 2017-2021-ci illərdə sözügedən idarənin rəisi vəzifəsində çalışıb. 2021-ci ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Daha sonra o, Cinayət Məcəlləsinin bir neçə maddələri üzrə təqsirli bilinmiş və məhkəmənin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.