Vilayət Eyvazovun iştirakı ilə püşk atıldı –Polis Akademiyasının məzunları vakant yerlərə təyin olundu (FOTO)

Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasını bitirən, Nəqliyyatda Baş Polis İdarəsində, Sumqayıt Şəhər və Abşeron Rayon Polis idarələrində sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların həmin orqanlarda vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunan tədbir keçirilib.

Azpost.info bildirir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini bildirib.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov bu il Polis Akademiyasının qiyabi şöbəsini bitirənlərin artıq 47-nin təyinatının həyata keçirildiyini xatırladıb, eyni məqsədlə növbəti dəfə Nazirliyə 10 məzunun dəvət edildiyini bildirib və namizədlərin siyahısını elan edib.

Daha sonra iddiaçılar orta rəis heyətinə aid vakant olan vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər. Onların nəzərinə çatdırılıb ki, püşkatmada iştirak etmiş bütün əməkdaşlar Daxili İşlər nazirinin müvafiq əmrləri ilə «polis leytenantı» xüsusi rütbəsi verilməklə zabit vəzifələrinə təyin olunurlar.

Tədbirə yekun vuran general-polkovnik Vilayət Eyvazov gənc əməkdaşları təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarının sirlərinə bələd olmalarını və həmişə vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını tövsiyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kəmaləddin Heydərov və rəsmi qurumlar qeydiyyatsız, “kupça”sı olmayan binaları müzakirə edib –

Sonrakı məqalə

Arif Hacılının müavini əsəbiləşdi: