“Vilayət Eyvazov dedi ki, Saleh Rüstəmov əfvlə bağlı müraciət etsə, baxıla bilər”

“Vilayət Eyvazovla görüşdə Saleh Rüstəmovla bağlı məsələni də qaldırdıq”.

Bunu müxalif hüquq müdafiəçisi Rüfət Səfərov “Müdafiə xətti” təşkilatının Daxili işlər naziri Vilayət Eyvazovla görüşə dair keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, V.Eyvazov Saleh Rüstəmovun həbsdən buraxılmasının onun səlahiyyətində olmadığını bildirib: “Nazirə bildirdik ki, Saleh bəyi polis saxlayıb, ittiham edib. Ondan xahiş etdik ki, Saleh Rüstəmovun azadlığa buraxılması məsələsini hökumətə bildirsin. Çünki o, Əfv Komissiyasının da üzvüdür. Eyvazov dedi ki, Saleh Rüstəmov əfv qaydasında müraciət edərsə, məsələyə baxıla bilər”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir