Vilyam Hacıyevin həbs müddəti uzadıldı

02 Sentyabr 2020 - 17:44

Səbail rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.(APA)