“Volt”un mopedi məşhur şairin nəvəsinin “Porşe”sinə çırpıldı

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Salyan şossesində qeydə alınıb. Belə ki, “Porche” markalı avtomobil yol kənarında dayanıb.

Mopedi idarə edən şəxs yüksək sürətlə “Porsche” markalı maşına çırpılıb. Mopedin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerində olan polislərin verdiyi məlumata görə, “Porsche”nin sürücüsü Kürçaylı Əliağa Ülfət oğludur.

Ə.Kürçaylı tanınmış şair Əliağa Kürçaylının nəvəsidir. (APA)

Əvvəlki məqalə

Fotosu dünyada qəzəb yaradan Buçalı velosipedçinin anası danışdı:

Sonrakı məqalə

“Deyir, uşaq başqasındandır” –