Vüqar Səfərlinin məhkəməsində müttəhimlər hakimdən bəraət istəyiblər

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı etməli olan Vüqar Səfərlinin və Nadir Məmmədovun hər birinin vəkillərindən biri məhkəməyə gəlməyib.
Digər təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edərək müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.
Proses dekabrın 16-da davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabir Rüstəmxanlı işsizlikdən danışdı, spiker əsəbiləşdi:

Sonrakı məqalə

Parlamentdə “Media haqqında” qanun layihəsi jurnalistlərin iştirakı ilə müzakirə olunacaq