“Vüsalə Mahirqızı Baş direktor vəzifəsindən getməyib” –APA-dan AÇIQLAMA

Bu gün bəzi saytlarda APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızının işindən ayrılması, media qrupa yeni Baş direktor təyinatı ilə bağlı məlumat yayılıb.

APA Media Qrupu bununla bağlı açqlama verib.

“APA Media Qrup olaraq bildiririk ki, son bir il ərzində qrupda çoxsaylı struktur dəyişiklikləri aparılıb. Belə ki, qrupa daxil olan media qurumlarında rəhbər dəyişikliyi olub, strukturun xeyli hissəsi yenidən formalaşdırılıb, daha çox gəncləşdirilib.

APA Media qrupa daxil olan APA İnformasiya Agentliyinə Fərid Mirzəyev, APA TV-yə Orxan Məmmədli, lent.az saytına Hafiz Heydərov, vesti.az saytına Emil Quliyev, kulis.az saytına Ulucay Akif baş redaktor təyin olunublar.

Buna qədər APA İnformasiya Agentliyinin Baş redaktoru kimi fəaliyyət göstərmiş Nurşən Quliyev APA Media Qrupun Baş direktorunun birinci müavini təyin edilib.

Vüsalə Mahirqızı isə APA Media Qrupun Baş direktoru kimi öz vəzifəsini icra edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ermənistan ordusu Kəlbəcərdə mövqelərimizi intensiv atəşə tutub

Sonrakı məqalə

Azərbaycanda gələn ildən yeni 20 manatlıq işlənəcək –