WTI neftinin qiyməti 18 dollara enib

17 Aprel 2020 - 13:18

WTI markalı neftin ucuzlaşması davam edir. Qiymət azalması 8%-dən çox olub.

APA-Economics”in məlumatına görə, Bakı vaxtı ilə saat 13:10-da WTI markalı neftin bir bareli üçün may fyuçerslərinin qiyməti 8,05% azalaraq 18,27 ABŞ dollarına bərabər olub.

“Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,43% azalaraq 27,7 dollar təşkil edib.