Xəyyam Abdinova qarşı irəli sürlüən ittiham məlum olub

04 Noyabr 2021 - 22:38

Müasir İncəsənət Muzeyinin sabiq direktoru Xəyyam Abdinovun nədə ittiham olunduğu məlum olub.

Sabiq direktor xüsusilə külli miqdarda dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü və 320-ci maddələri ilə ittiham verilib.

Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovananın sədrliyi ilə onun barəsində İstintaq orqanın təqdimatına baxılıb.

Hakim təqdimatı təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.