Xəzərdə balıqların kütləvi ölümü çimərliklərə gələnlər üçün təhlükəlidirmi?

Xəzər dənizinin sahilində balıqların kütləvi ölüm hallarının baş verməsi ilə bağlı son günlər müxtəlif informasiyalar yayılır. Mütəxəssislər bunun kürütökmə mövsümü ilə əlaqədar balıqların sahilyanı akvatoriyalara üz tutması, dayaz akvatoriyalarda temperaturun tez yüksəlməsi və suyun isinməsinin balıqların kütləvi ölümünə səbəb olması ilə izah edirlər.

Həmin halın sağlamlıq üçün fəsadlara səbəb olub-olmaması ilə əlaqədar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib: “İlk növbədə balıqların kütləvi şəkildə ölüm səbəbi araşdırılmalıdır. Çimərliklərdən istifadə edənlərin zəhərlənmə riski ilə bağlı heç bir təhlükə yoxdur. Ancaq azyaşlı uşaqlar və yaşlılarda suyun ağız boşluğuna düşməsi hansısa fəsada deyil, mədə-bağırsaq pozuntularına səbəb ola bilər. Ümumən həmin halın insan həyatı üçün heç bir təhlükəsi yoxdur”(azərtac).

Əvvəlki məqalə

Qarabağ Universitetinin rektoru abituriyentlərə çağırış edib

Sonrakı məqalə

ABŞ MKİ-nin direktoru Qahirədə İsrail-HƏMAS danışıqlarında iştirak edib