Xəzər universiteti beynəlxalq reytinq cədvəlində ölkə üzrə 1-ci yeri tutub

Xəzər Universiteti “QS EECA University Rankings 2022” dünya reytinq cədvəlində Azərbaycan Universitetləri arasında 1-ci yerdədir.

Azpost.info bildirir ki, bu barədə ali məktəbdən məlumat verilib.

Məlumatda deyilir ki, dekabr ayının 15-də QS Reytinq Agentliyinin 2021-ci il üçün “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəli açıqlanıb.

Xəzər Universiteti regionun ən yaxşı ali məktəbləri siyahısında 210-220 aralıqda qərarlaşıb.

Reytinq cədvəlində Xəzər universiteti Azərbaycan universitləri arasında 1-ci yeri tutub.

Xəzər Universiteti ötən ilki nəticə ilə müqayisədə 30 pillə irəliləyərək regionun ən yaxşı universitetləri arasında öz mövqeyini bir qədər də möhkəmləndirib.

Xəzər Universiteti elmi məqalələrdən sitat gətirmə göstəricisi üzrə regionda 9-cu yeri tutaraq, beynəlxalq səviyyədə tanınmış tədqiqatların aparılmasında yüksək potensialını bir daha təsdiqləyib.

 

 

 

 

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir