Xəzər Universiteti “dünyanın ən yaxşıları” siyahısına düşüb

Aprelin 22-də “Times Higher Education” BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən etmək məqsədilə “THE University Impact Rankings 2020” reytinq cədvəlini nəşr edib. Reytinqin ikinci nəşrinə 85 ölkədən 766 universitet daxil edilib.

Universitet reytinqləri 17 sahə üzrə ayrı-ayrılıqda müəyyənləşib. Xəzər Universiteti Azərbaycandan bütün sahələr üzrə yüksək nəticə göstərən tək universitetdir. Beləliklə, Xəzər Universiteti sahələrin 1-i üzrə 101-200-cü yerdə, 2-si üzrə 201+ yerdə, 3-ü üzrə 201-300-cü yerdə, 4-ü üzrə 301-400-cü yerdə, 2-si üzrə 301+ yerdə, 1-i üzrə 401-600-cü yerdə, 1-i üzrə isə 601+ yerdə qərarlaşmışıb.

Xəzər Universitetinin bu reytinq cədvəlinə daxil olması özlüyündə böyük nailiyyətdir. Belə ki, universitetin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstəyi təkcə tədris, tədqiqat və biliyin ötürülməsi ilə məhdudlaşmır, həmçinin onları Xəzər Universitetinin daxili qayda-qanunlarının ayrılmaz tərkib hissəsi edir.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri bütün ölkələrdə doğru iqtisadi və sosial davamlı inkişafa çatmaq üçün nəzərdə tutulmuş məqsədlərdir. Bunlar 2015-ci ildə daha yaxşı dünya yaratmağın yolunun əməkdaşlıqdan keçdiyini vurğulamaq məqsədilə BMT üzv ölkələri tərəfindən qəbul olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda koronavirus:

Sonrakı məqalə

SEPAH-ın komandanı: