Xaçmaz rayonunda 1990-cı il təvəllüdlü Tatyana Georgiyevna Uryadnikova, qızları 2013-cü il təvəllüdlü Esmira və 2015-ci il təvəllüdlü Janna ilə birlikdə yaşadıqları Çığır kəndindəki evdən çıxıb və bir daha geri qayıtmayıblar. Bununla bağlı Xaçmaz RPŞ axtarış tədbirləri həyata keçirir. (APA)