Xaçmazda qəsdən yanğıntörətmə faktının üstü açılıb

İyulun 24-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Xaçmaz rayonunun Aslanoba kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən yaxınlıqdakı meşə zolağı və yüksəkgərginlikli hava elektrik xətlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Şahbaba Bayramnəzər oğlu Toryayev tərəfindən törədildiyi müəyyənləşdirilib və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Əvvəlki məqalə

“Hələ də turistlər Bakıda qalmağa üstünlük verir” –

Sonrakı məqalə

Xırdalanda 1 nəfər intihar etmək üçün piyada keçidinin üstünə çıxıb