Xaçmazda yolun təmirinə 1.5 milyon manat ayrılıb – SƏRƏNCAM

Yol təmiri
Yol təmiri

On iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəh- mədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 1,5 milyon manatı ayrılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.