Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova vəfat edib.
Bu barədə Bakı Xoreoqrafiya Akademiyasından məlumat verilib.
Qeyd edilib ki, 93 yaşlı xoreoqraf uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirdi.
Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Onunla vida mərasimi saat 12:00-da Təzə Pir məscidində olacaq. Dəfn isə saat 14:00-a nəzərdə tutulub.